Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb
30 iyun 2026-cı il, Bakı: Mərkəzi Bank tərəfindən Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika ixtisasının tələbələri üçün təşkil olunan “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” başa çatıb. İyun ayının 29-da Mərkəzi Bankın inzibati binasında Bank əməkdaşlarının, ADU rəhbərliyi və tələbələrin, eləcə də tanınmış media nümayəndələrinin iştirakı ilə bağlanış mərasimi keçirilib. Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədr müavini Əli Əhmədov müasir dövrdə kommunikasiyanın ictimaiyyətin düzgün məlumatlandırılması və institusional etimadın möhkəmlənd...



















