Kredit risklərinin idarə edilməsi Qaydalarına dəyişikliklər təsdiqlənib
25 iyun 2026-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsini davam etdirir. Bu çərçivədə Mərkəzi Bankın İdarə Heyətinin 28.04.2026-cı il tarixli 18/11 nömrəli Qərarı ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib. Dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kr...



















