Mərkəzi Bank DOST Agentliyi tərəfindən keçirilən görüşdə təmsil olunub
15 may 2026-cı il, Bakı: Mərkəzi Bank DOST Agentliyinin təşkilatçılığı ilə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi çərçivəsində keçirilən növbəti görüşdə təmsil olunub. Görüş zamanı əlilliyi olan şəxslərin hüquqlarının qorunması və maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər ətrafında da fikir mübadiləsi aparılıb, həmçinin bu istiqamətdə 2026-cı ildə icra olunması nəzərdə tutulan monitorinq məqsədləri, qarşıda duran vəzifələr və digər mövzularla bağlı iştirakçılara məlumat verilib. Görüşdə Mərk...



















