Azərbaycan Respublikasında lisenziyalaşdırılmış investisiya şirkətlərinin xidmətlərindən istifadə ilə bağlı MƏLUMATLANDIRMA
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycan Respublikasında müxtəlif vasitələrlə təşviq edildiyi və ölkə rezidentlərinin bu platformalara cəlb olunduğu müəyyən edilmişdir. Sözügedən platformaların xidmətləri internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təqdim və təşviq olunur. Mərkəzi Bank bildirir ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycan Respublikasının ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etm...



















