Mərkəzi Bankın sədri Taleh Kazımov “İstanbul İqtisadi Forumu”nda çıxış edib
09 oktyabr 2026-cı il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımov Türkiyədə təşkil olunan “İstanbul İqtisadi Forumu”nda iştirak edib. Taleh Kazımov forum çərçivəsində “Qeyri-müəyyənlik şəraitində pul siyasəti” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. O, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliklər və geosiyasi risklərin Azərbaycan iqtisadiyyatına, eləcə də həyata keçirilən pul siyasətinə təsirləri barədə fikirlərini bölüşüb. Taleh Kazımov belə bir şəraitdə qiymət və makroiqtisadi sabitliyin qorunmasının, inflyasiya gözləntilərinin effektiv idarə edilməsinin, ...




















