Azərbaycan Respublikası Mərkəzi Bankının Pul siyasəti Komitəsi pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitənin iclaslarında pul və məzənnə siyasəti, eləcə də onun əməliyyat çərçivəsi, o cümlədən pul siyasəti alətlərinin parametrlərinə dair İdarə Heyətinə tövsiyələr verilir,həmçinin İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla müvafiq qərarlar qəbul edilir. Komitəyə Mərkəzi Bankın Sədri rəhbərlik edir. Komitənin üzvləri Mərkəzi Bankın pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən struktur bölmələrinin rəhbərləridir.