Mərkəzi Bank media nümayəndələri üçün marifləndirici tədbirləri davam etdirir
14 may 2026-cı il, Bakı: Mərkəzi Bank maliyyə savadlılığının və ictimai məlumatlılığın artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyən edərək bu istiqamətdə maarifləndirici təşəbbüslərini davam etdirir. Bu çərçivədə media nümayəndələri üçün “Açıq bankçılıq” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı iştirakçılara Açıq bankçılıq konsepsiyasının mahiyyəti, maliyyə sektorunda rolu, eləcə də innovativ maliyyə xidmətlərinin formalaşması və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Təlim zamanı qeyd olunub ki, Açıq bankçılıq m...



















