Mərkəzi Bank tərəfindən cari ilin II rübü üzrə “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu keçirilir
2 iyul 2026-cı il, Bakı: Mərkəzi Bank 2026-cı ilin II rübü üzrə ev təsərrüfatlarının istehlak və yığım davranışları, onların borc yükü və borca xidmətə dair məlumatları toplamaq üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunu keçirir. Sorğu vasitəsilə ev təsərrüfatlarının istehlak və yığım davranışları, borc yükü və ona xidmət imkanları, inflyasiya gözləntiləri və onlara təsir göstərən amillər barədə məlumatlar toplanılır. Bu məlumatlar bir sıra makroiqtisadi və maliyyə göstəricilərinin təhlili və proqnozlaşdırılması, habelə pul və maliyyə sabitliyi siyasət...




















