Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışının əlçatanlığını artırır
9 iyul 2026-cı il, Bakı: Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışının əlçatanlığı artırılıb. Belə ki, 10 iyul 2026-cı il tarixindən etibarən vətəndaşlar Mərkəzi Bankın “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” (https://coin.e-cbar.az) vasitəsilə etdikləri sifarişlər üzrə pul nişanlarını təhvil almaq üçün artıq “TuranBank” ASC və “Bank of Baku” ASC-ni də seçə biləcəklər. Bununla da, qeyd olunan banklar Mərkəzi Bankın investisiya pul nişanları ilə yanaşı, həm də “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”nin satış agentləri &nbs...




















