Mərkəzi Bank tərəfindən Daşkəsən rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək
21 may 2026-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur. Növbəti səyyar qəbul 03 iyun 2026-cı il tarixində Daşkəsən rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir. Qəbul zamanı Mərkəzi Bankın nüm...



















